Dünya

Ağrıyla getdiyi xəstəxanada həyatının şokunu yaşadı - "İllərdir bunu hiss edirdim, amma ..." - FOTO

23 Mart 2018 13:49
10 Şərh     Baxış: 18 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Konyada 21 yaşlı II kurs tələbə Şerife Şimşek 2 il öncə apendisit ağrısıyla getdiyi həkimdə ürəyi və solda olmalı bəzi orqanlarının sağda olduğunu öyrənib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, illərdir ürəyinin sağda olduğunu hiss etdiyini bildirən Şimşek: "Ürəyimin sağda olduğunu hiss edirdim, amma buna nə ailəm, nə də başqa biri inandı. Eşidəndə şok oldum" deyib.

Şerife Şimşek Konya Xəstəxanasına gedib. Burada ultramüayinə sonrası Şimşekin ürək, aorta, dalaq və mədəsinin sağda, qaraciyərinin isə solda olduğu ortaya çıxıb. Bu vəziyyətin Şimşekin sağlamlığına təsir edəcək bir problem yaratmadığı da təsdiqini tapıb.

Məhəmməd Vaqif

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.