Dünya

Türkiyə Afrində yerli polis yaradır

23 Mart 2018 09:41
0 Şərh     Baxış: 1 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Afrində yerli polis qüvvələrini formalaşdıracaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Afrində yerli polis qüvvələrinin yaradılması prosesində min adam təlim keçəcək. Təlim keçmiş şəxslərin daha sonra Afrində terrorçulardan azad edilmiş 300 yaşayış məntəqəsində təhlükəsizliyə nəzarət edəcəyi bildirilir.

Qeyd edək ki, martın 18-də Türkiyə Silahlı Qüvvələri Afrin şəhərini PYD və YPG terrorçularından azad edib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.