Dünya

Pentaqon Rusiyanın ABŞ-a yaratdığı təhlükənin səbəbini açıqladı

23 Mart 2018 09:09
0 Şərh     Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya və Çin ABŞ və onun müttəfiqlərinə ciddi təhlükə yaradır, çünki Moskva və Pekin dünyadakı mövcud düzəni dəyişmək niyyətindədirlər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini Con Rud Senatdakı dinləmələr zamanı çıxışında bildirib.

"Rusiya və Çin dünya düzənini və ərazi sərhədlərini dəyişmək niyyətindədirlər, buna görə bu iki dövlət ABŞ və müttəfiqlərinə ciddi təhlükə yaratmaqdadır", - deyə Con Rud qeyd edib.

Onun sözlərinə görə, qeyd olunan təhlükələri nəzərə alaraq, Vaşinqton və müttəfiqlərə hərbi xərcləri artırmaq gərəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.