Dünya

Türkiyədə şəhər xəstəxanasında yanğın olub - YENİLƏNİB

22 Mart 2018 16:18
2 Şərh     Baxış: 1 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:18

Türkiyənin Ordu əyalətində yerləşən xəstəxanaların birində yanğın hadisəsi qeydə alınıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə yerində yanğınsöndürənlər və xilasedicilər iş aparır.

Məlumatda deyilir ki, xilasedicilər xəstəxanada olan insanları təxliyə edə biliblər.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri barədə məlumat verilmir.

----------
13:23

Türkiyənin Ordu rayonunda eyni adlı dövlət xəstəxanasında yanğın başlayıb.

Milli.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yanğının səbəbi hələlik məlum deyil. Xəstələrin təxliyəsinə başlanılıb.

Əraziyə xeyli sayda yanğınsöndürən maşınlar cəlb edilib.

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.