Dünya

Nadejda Savçenko saxlanıldı - YENİLƏNİB

22 Mart 2018 17:19
1 Şərh     Baxış: 1 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:19

Ukrayna Ali Radası Nadejda Savçenkonun deputat toxunulmazlığını ləğv edib.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, N. Savçenko parlamentin binasında Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

----------
15:02

Ukrayna Ali Radasının reqlament və işin təşkili üzrə komitəsi deputat Nadejda Savçenkonun həbsini qanuni hesab edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə qərar komitənin bu gün keçirilən iclasında yekdilliklə qəbul olunub.

Qərara əsasən, Baş prokurorluğun Nadejda Savçenkonun cinayət məsuliyyətinə cəlb olunması, saxlanılması və həbsi ilə bağlı 3 təqdimatı qanunidir və əsaslıdır.

Qeyd edək ki, martın 8-də "Zabit korpusu" adlı qeyri-hökumət təşkilatının sədri, separatçılarla Ukrayna hökuməti arasında əsir və girov mübadiləsi məsələləri ilə məşğul olan Vladimir Ruban Donbasda təmas xəttində saxlanılıb. Separatçılarla görüşdən qayıdan V. Rubanın avtomobilində xeyli silah-sursat aşkarlanıb. Martın 9-da Kiyev məhkəməsi onun haqqında 2 aylıq həbs qərarı verib. Ukrayna hüquq-mühafizə orqanları V. Rubanın ölkə rəhbərliyinə qarşı terror aktı planlaşdırdığını bildirir. N. Savçenkonun adı da məhz bu iş üzrə keçir.

Xatırladaq ki, 35 yaşlı keçmiş ukraynalı hərbçi N. Savçenko 2014-cü il 23 iyun tarixində Donbasda gedən döyüşlər zamanı saxlanılaraq Rusiyaya aparılıb və həbs edilib. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunub. 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə əfv olunub. O, Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən Ukraynanın qəhrəmanı titulunu alıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.