Dünya

Qızı vermədilər, ailəsini qətlə yetirdi - FOTO

22 Mart 2018 13:14
3 Şərh     Baxış: 2 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Sivas şəhərində silahlı hücum nəticəsində 5 nəfər dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayətkar Fırat Y. Sivasın Ortaköy məhəlləsindən Esenlər ailəsinin qızını istəyib. İstəyinə müsbət cavab ala bilməyən şəxs qızın atasını, anasını və qardaşını qətlə yetirib. Sonra hadisə yerindən qaçaraq kənddəki mağazaya gedib. O, dükan sahibini və oğlunu da atəş açaraq öldürüb. Buradan isə Qəhrəmanmaraş şəhərinə yollanan qatili polislər saxlayıb.

Hadisə baş verən gündən iki gün əvvəl öldürülən Tarık Əsən kəndin muxtarına zəng vuraraq Fırat Y ilə aralarında böyük dava olacağını bildirib. Kənd muxtarı Nazım Sayılqan da Esen ailəsinə kömək edib və vəkilə müraciət ediblərmiş. Onlar prokurorluğa və polisə gedərək şikayət ərizəsi yazıblarmış.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.