Dünya

Tramp: Rusiya ilə əlaqələri yaxşılaşdırmaq lazımdır

21 Mart 2018 23:45
0 Şərh     Baxış: 1 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Rusiya ilə əlaqələrin yenidən bərpa olunmasını istədiyini bildirib. Milli.Az report.az-a istinadən bildirir ki, Tramp onu Rusiya prezidenti Vladimir Putini yenidən prezident seçilməsi münasibəti ilə təbrik etmək əvəzinə tənqid etməyə çağıran KİV-lərlə razılaşmayıb. ABŞ liderinin sözlərinə görə, Rusiya ilə digər ölkələr ilə olduğu kimi yola getmək lazımdır. 

"Mən Putinə onu təbrik etməyə görə zəng etdim. Əvvəllər Obama da ona zəng edib. Bəzi yalançı KİV-lər buna görə az qala ağıllarını itiriblər, çünki onlar istərdilər ki, mən Putini tənqid atəşinə tutum. Lakin, onlar düz etmirlər. Rusiya ilə digər ölkərlə olduğu kimi yola getmək pis deyil, yaxşı bir haldı", - deyə Tramp öz tvitter səhifəsində yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.