Dünya

Perunun prezidenti istefaya gedir

21 Mart 2018 23:30
0 Şərh     Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Perunun prezidenti Pedro Pablo Kuçinski istefa ərizəsini ölkənin parlamentinə təqdim edib.

Milli.Az APA-ya istinadən bildirir ki, dövlət başçısı istefası ilə əlaqədar xalqa müraciət edəcək.

Martın 15-də Peru parlamenti prezident Kuçinskinin impiçmenti prosesinin başlanmasının lehinə səs verib.

Qeyd edək ki, Braziliyanın "Odebrecht" tikinti şirkətinin Peru ərazisində korrupsiya sxemləri tətbiq etməsi Peruda böyük qalmaqala səbəb olub.

77 yaşlı Pedro Pablo Kuçinski 2016-cı ildə Peruda keçirilən prezident seçkilərinin 2-ci turunda qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.