Dünya

Ərdoğan Trampa çağırış edib

21 Mart 2018 19:20
0 Şərh     Baxış: 1 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha Suriyanın Menbic bölgəsinin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənəcəyini bəyan edib.

Milli.Az APA-ya istinadən bildirir ki, R. T. Ərdoğan PYD/YPG terrorçularının və ABŞ əsgərlərinin Menbicdən çıxmayacağı barədə ABŞ Dövlət Departamenti və Pentaqon sözçülərinin bəyanatına sərt reaksiya verib.

Türkiyə prezidenti bildirib ki, ABŞ əsgərlərinin ümumiyyətlə, Menbicə olmağa haqqı yoxdur: ABŞ-ın əsgərlərinin Menbicdən çıxmayacağını bəyan edirlər. ABŞ-ın Menbicdən çıxmağı bir kənara, ABŞ-ın ümumiyyətlə, orada olmağa haqqı yoxdur? 11-12 min kilometrdən bura niyə gəlirsən? Bu torpaqlar sənindir? Bu torpaqlarla nə əlaqən var? ABŞ o torpaqlara PYD/YPG terrorçularını yerləşdirib, oradan ərəbləri qovdu. Türkiyə Menbic başda olmaqla, sərhədində terror təhdidi aradan qaldırılana qədər dayanmayacaq. Biz bu yola baş qoyduq. Kimin cəsarəti varsa, buyursun, meydana çıxsın. Mən artıq ABŞ prezidenti Donald Trampdan həddini aşan bu bəyanatların qarşısını kəsməsini gözləyirəm. Medianın kölgəsində verilən bəyanatlarla biz bu işi apara bilmərik".

Türkiyə prezidenti son dövrlər PKK terrorçularının fəallaşdığı İraqın Sincar bölgəsinin də terrorçulardan təmizlənməli olduğunu vurğulayıb: "Əgər İraq hökuməti bu yerləri terrorçulardan təmizləməyəcəksə, biz Sincarı PKK-dan təmizəlyərik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.