Dünya

Myanma prezidenti istefa verib

21 Mart 2018 10:15
0 Şərh     Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Myanma prezidenti U Txin Çjo istefa verib.

Milli.Az APA-ya istinadən bildirir ki, 71 yaşlı U Txin Çjo 2016-cı ilin martında parlamentdə prezident seçildikdən 2 il sonra istefa verib.

U Txin Çjonun istirahət etmək üçün istefa verdiyi açıqlanıb. Bundan əvvəl prezidentin səhhəti ilə bağlı istefa verəcəyi barədə xəbərlər yayılsa da, Myanma hakimiyyəti bu xəbərləri təkzib etmişdi.

Qeyd edək ki, U Txin Çjo 1962-ci ildə hərbi çevrilişdən sonra hərbiçilərin təmsilçisi olmayan ilk prezident olub. Universitet professoru olan U Txin Çjo həm də Demokratiya Uğrunda Milli Liqanın lideri, Nobel mükafatı laureatı Aun San Sunun yaxın dostu və tərəfdarı olub.

Parlament qarşıdakı 7 gün ərzində yeni prezident seçəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.