Dünya

Avropa İttifaqında miqrant böhranı başa çatıb

20 Mart 2018 17:39
0 Şərh     Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İtifaqı ölkələrində sığınacaq alınması ilə bağlı müraciətlərin sayı 2017-ci ildə 2016-cı illə müqayisədə 50 faiz azalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının daxili işlər, miqrasiya və vətəndaşlıq komissarı Dimitros Avramopulos "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

D. Avramopulos Avropa İttifaqında miqrasiyanın idarə edilməsi ilə bağlı birgə səylərin nəticə verdiyini qeyd edib: "Avropa İttifaqı ölkələrində sığınacaq alınması ilə bağlı müraciətlərin sayı 2017-ci ildə 2016-cı illə müqayisədə 50 faiz azalıb ki, bu da 2014-cü ildəki göstəriciyə bərabərdir. Başqa sözlə, biz artıq böhrandan əvvəlki səviyyədəyik".

Qeyd edək ki. keçən il 650 min nəfər Avropa İttifaqı ölkələrində sığınacaq alınması üçün müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.