Dünya

Kişinyovda partlayış: ölənlər var - VİDEO - FOTO

20 Mart 2018 14:39
0 Şərh     Baxış: 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moldova paytaxtının mərkəzində partlayış baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki,bu barədə "RİA Novosti" məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl Kişinyovun Armyanskaya-Mateyeviça küçəsində ərzaq dükanında partlayış baş verib, hadisə nəticəsində iki nəfər həlak olub. Hadisə yerinə polis qüvvələri səfərbər olunub" deyə Kişinyov polis idarəsinin mətbuat xidmətinin məlumatında deyilir.

İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib.

Habelə şahidlər partlayışdan əvvəl dükan satıcısı ilə müştəri arasında münaqişənin yaşandığını  bildirir. İddiaya görə, müştəri hansısa malı ödəniş etmədən götürməyə çalışıb, ancaq dükan satıcısı buna imkan verməyib. Nəticədə həmin şəxs geri dönərək, dükanı əl qumabarası ilə partladıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kişinyovda partlayış: Ölənlər var

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.