Dünya

ABŞ səfiri Ermənistandakı korrupsiyadan şikayətlənib

20 Mart 2018 14:03
0 Şərh     Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz bu ölkədəki 3 illik fəaliyyəti ilə bağlı danışıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, R. Millz səfirliyin fəaliyyəti dövründə prioritet istiqamətlərdən birinin korrupsiya ilə mübarizə məsələsi olduğunu bildirib.

R. Millz deyib ki, səfir kimi Ermənistana gələndən sonra əsas prioriteti korrupsiya ilə mübarizə aparan insanlara kömək etmək olub: "Bizim fəaliyyətimizin digər istiqaməti hökumətdə korrupsiya ilə mübarizə aparan və sistemi dəyişməyə çalışan insanlarla birgə işləmək oldu. Bu məqsədlə keçmiş baş nazirin formalaşdırdığı Korrupsiyaya qarşı mübarizə üzrə Şuraya kömək etməyə qərar verdik. Hesab edirəm ki, hakimiyyətdən sui-istifadə ilə əlaqəli olan korrupsiya məsələsi Ermənistanda ticarət və investisiyaların cəlb edilməsi istiqamətində ən əsas problem və mane olaraq qalmaqdadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.