Dünya

Rusiya BMT TŞ-nın iclasına mane oldu

20 Mart 2018 12:19
0 Şərh     Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya BMT Təhlükəsizlik Şurasında "Suriyada insan haqlarının qorunması" mövzusunda iclasın keçirilməsinə imkan verməyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Biz bu iclasın keçirilməsində heç bir əsasın olmadığını görürürk, belə ki, insan haqları məsələsi Təhlükəsizlik Şurasının gündəm mövzusu deyil", - deyə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Qennadi Kuzmin bildirib.

Rusiyanın bu qərarını Çin, Qazaxıstan və Boliviya da dəstəkləyib.

İclasın keçirilməsinə dair BMT Təhlükəsizlik Şurasında Fransa hökuməti vəsatət qaldırmışdı.

Xatırladaq ki, BMT-nin mart ayının əvvəlində verdiyi bəyanata görə, Suriyanın Şərqi Quta rayonunda Bəşər Əsədə sadiq qüvvələrin üsyançılara qarşı əməliyyatlara başladığı iki həftə ərzində 600-dən çox insanın həlak olub, iki mindən çox insan yaralanıb.

Martın 5-də BMT İnsan Haqları Şurası Suriyada insan haqları ilə bağlı vəziyyətin pisləşməsinə dair qətnamə qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.