Dünya

Əfqanıstanda 20 “Taliban” üzvü məhv edilib

20 Mart 2018 09:16
0 Şərh     Baxış: 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstan təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində ölkənin cənubunda "Taliban" hərəkatının 20-dək döyüşçüsü öldürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan daxili işlər nazirliyinin yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, əməliyyat Gilmənd əyalətində keçirilib. Yerli əhali və təhlükəsizlik qüvvələri arasında itki yoxdur. Əməliyyat nəticəsində terrorçulara məxsus çox sayda silah sursat müsadirə olunub.

"Taliban" hərəkatı bu məlumatlar barədə heç bir şərh verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.