Dünya

Malinin fəxri konsulunun girov götürülmüş həyat yoldaşı azad olunub

20 Mart 2018 08:56
0 Şərh     Baxış: 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün axşam saatlarında Malinin Barselonadakı (İspaniya) konsulluğunda girov götürülmüş qadın azad olunub.

Milli.Az "Report"a istinadən bildirir ki,bu barədə Kataloniya polisi öz "Twitter" səhifəsində yazıb.

"Malinin Barselonadakı konsulluğunda girov götürülmüş qadın azad olunub. Onu girov götürən kişi saxlanılıb", - deyə məlumatda bildirilir.

Girov götürülən qadın Malinin fəxri konsulunun həyat yoldaşıdır. Onu girov götürən də Malidəndir və inzibati vəziyyətinin nizama salınmasını tələb edirdi. Polisin məlumatına görə, kişinin şəxsiyyəti müəyyən edilib və o, silahsızdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.