Dünya

ABŞ və Cənubi Koreya hərbi təlimləri bərpa edəcəklər

20 Mart 2018 08:22
0 Şərh     Baxış: 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və Cənubi Koreya Pxençxan Qış Olimpiya Oyunları zamanı dayandırılan birgə hərbi təlimləri aprelin 1-də davam etdirəcəklər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Pentaqonun bəyanatında bildirilir.

Bəyanatda qeyd edilir ki, Şimali Koreya tərəfi hərbi təlimlərin bərpası ilə bağlı məlumatlandırılıb

Bundan əlavə, Pentaqon qeyd edir ki, təlimlər "ötən illərdəki kimi miqyasda, həcmdə və müddətdə keçiriləcək".

"Foal Eagle" təlimlərində 11,5 min ABŞ və 290 minə yaxın Cənubi Koreya hərbi qulluqçusu iştirak edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.