Dünya

Stiven Hokinqin ölüm döşəyində yazdığı ARAŞDIRMA ÜZƏ ÇIXDI

19 Mart 2018 19:18
0 Şərh     Baxış: 3 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftə dünyasını dəyişən məşhur alim Stiven Hokinqin ölmədən 2 həftə əvvəl çox önəmli bir araşdırmaya imza atdığı məlum olub.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki,  Hokinq və komandası Böyük Partlayış teoriyasının davamı olaraq tanınan bir teoriya haqqında araşdırma apararaq paralel dünyalar üzərində tədqiqatlar aparıblar.

Hokinq 4 mart tarixində "A Smooth Exit from Eternal İnflation" adlı məqalə yazıb. Məqalə hələ yayımlanmayıb.  Amma tədqiqat başqa planetlər və dünyalar haqqındadır.

Araşdırmanı Hokinq ilə birlikdə yazan fizika professoru Tomas Hertoq deyib: 

"Bu məqalədə məqsədimiz bir çox kainat teoriyasına elmi bir çərçivə yaratmaqdır. Hokinq ilə bu məqalə üzərində çalışmaq üçün görüşdük və sonuncu dəfə məqaləni təslim etmədən əvvəl görüşmüşdük".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.