Dünya

İrqçi liderdən skandal açıqlama: Yəhudi və müsəlmanın fərqi...

18 Mart 2018 23:47
3 Şərh     Baxış: 1 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkədəki təhsil ocaqlarında başörtüyü geyinilməsinin əleyhinəyəm.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Belçikanın radikal sağ təmayüllü Yeni Flaman Cəbhəsinin lideri Bart de Vever deyib.

"Antverpendə heç bir yəhudinin qanunları pozmaq istədiyini görmədim. Yəhudi toplumu qarşıdurmadan uzaqdır. Bu, onları müsəlmanlardan ayıran xətdir. Müsəlmanların ictimai sahələrdə və təhsildə dini simvolların istifadəsi ilə bağlı etdiyi israrlar gərginlik yaradır", - de Vever bildirib.

Məsələyə münasibət bildirən Belçika İqtisadiyyat naziri Kris Pitrs Bart de Veverin açıqlamasının qəbuledilməz olduğunu vurğulayıb:

"Toplumaları qarşı-qarşıya gətirmək üçün yox, birləşdirmək üçün çalışmalıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.