Dünya

Rusiyada “sükut günü"dür

17 Mart 2018 20:21
0 Şərh     Baxış: 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada bu gün 18 mart prezident seçkiləri ilə əlaqədar "sükut günü"dür.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ölkənin bütün bölgələrində seçkilərlə bağlı təbliğat-təşviqat qadağan edilib.

Ölkənin şərq bölgəsində olan böyük vaxt fərqinə görə, Kamçatka və Çukotkada qadağa dünən Bakı vaxtı ilə saat 16:00-da qüvvəyə minib.

Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək. Təşviqat eyni zamanda səsvermə prosesi ərzində qadağan edilir. Qadağanın sabah sonuncu seçki məntəqəsi bağlanana kimi (Bakı vaxtı ilə 22.00-a qədər) qüvvədə qalacağı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.