Dünya

Gürcüstan Səhiyyə Nazirliyindən kurortda xəsarət alanlarla bağlı AÇIQLAMA

17 Mart 2018 10:53
0 Şərh     Baxış: 2 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Gudauri bölgəsindəki dağ-xizək kurortunda baş vermiş hadisə nəticəsində xəsarət alan 8 yaralı xəstəxanadadır.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı ölkənin Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Qəzadan sonra, ümumilikdə, 11 nəfər xəstəxanaya yerləşdirilib, üç nəfərə isə ambulator tibbi yardım göstərilib. Səkkiz nəfər reanimasiya avtomobilləri və helikopterlə paytaxt xəstəxanalarına aparılıb.

Xəsarət alanlar arasında Ukrayna, Rusiya vətəndaşları, həmçinin isveçli hamilə qadın da var.

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Gudauri hadisəsinin günahkarlarının cəzalandırılacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.