Dünya

Ağ Ev: İrana qarşı yeni sanksiyalara hər zaman hazırıq

16 Mart 2018 23:57
0 Şərh     Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABŞ hələlik İran əleyhinə yeni sanskiyalar tətbiq etmir. Lakin həmişə bu imkanları nəzərdən keçirir".

Milli.Az report.az-a istinadən bildirir ki, bunu Ağ Evin mətbuat katibi Sara Sanders deyib.

"Bizim sanksiyalarla bağlı heç bir yeni elanımız yoxdur. Lakin həmişə irəli hərəkət etmək, amerikalıları müdafiə etmək və prezidentin gündəliyini irəli çəkmək üçün ən yaxşı vasitəyə baxırıq", - deyə Sanders brifinqdə bildirib.

Bu mənada mətbuat katibi ABŞ-ın İran əleyhinə, Britaniyanın, Fransanın və Almaniyanın təklif etdiyi yeni sanksiyalara hazır olması barədə suala cavab verib. "Reuters"in məlumatına görə, London, Paris və Berlin Aİ üzvü olan dövlətlərə İranın raket proqramı və Suriyadakı münaqişə ilə bağlı mövqeyinə görə, bu ölkəyə qarşı yeni sanksiyaların irəli sürülməsini təklif ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.