Dünya

Oğlan 20 yaşlı sevgilisinin cəsədini çemodana qoyub, stansiyaya atdı - VİDEO - FOTO

16 Mart 2018 12:50
0 Şərh     Baxış: 2 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19 yaşlı oğlan birlikdə tətilə getdiyi 20 yaşlı qızı otel otağında yastıqla boğaraq öldürüb, sonra da cəsədini çemodana qoyaraq oteldən çıxarıb, metro stansiyasının yaxınlığına atıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Honq-Konqda yaşayan 20 yaşlı Poon Hiu-wing-in cəsədini polislər Tayvanın paytaxtı olan Taybey şəhərindən tapıblar.

Qızlarının evə qayıtmadığına görə narahat olan valideynlər onun itkin düşməsi barədə polisə məlumat veriblər. Polis Taybey şəhərindəki metrostansiyaların birindən Poon Hiu-wing-in cəsədini tapıblar.

İlk şübhəli kimi qızın sevgilisi Chan Tung-kai saxlanılıb. Onun birlikdə tətilə getdiyi sevgilisini yastıqla boğub öldürdüyü məlum olub.

Chan Tung-kai həbs olunub.

Milli.Az qatilin əlində çemodanla oteldən çıxdığı anın görüntülərini təqdim edir:

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Oğlan 20 yaşlı sevgilisinin cəsədini çemodana qoyub, stansiyaya atdı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.