Dünya

Çavuşoğlunun Vaşinqton görüşü təxirə salındı

15 Mart 2018 10:28
0 Şərh     Baxış: 1 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Vaşinqtonda ABŞ tərəfi ilə nəzərdə tutulan Mənbiç görüşü təxirə salınıb.

Milli.Az CNN-ə istinadən xəbər verir ki, Türkiyə XİN sözçüsü Hami Aksoy: "19 martda Vaşinqtonda nəzərdə tutulan görüş təxirə salınıb" açıqlamasını edib.

Çavuşoğlu dünən ABŞ prezidenti Donald Trampın dövlət katibi Reks Tillersonu vəzifəsindən uzaqlaşdırdıqdan sonra görüşün təxirə salına biləcəyini demişdi. 

Türkiyə XİN rəhbəri bu barədə dünən rusiyalı həmkarı Sergey Lavrov ilə keçirdiyi mətbuat konfransı zamanı danışıb: "Məlum məsələyə görə bu görüşün olub-olmayacağı ilə bağlı ABŞ-dan cavab gözləyirik".

Çavuşoğlu yeni ABŞ dövlət katibi Mayk Pompoe ilə də birgə çalışmaq istədiklərini etiraf edib.

Təhməz Təkin

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.