Dünya

“Bunları Tillersona dedim, səs çıxmadı” - Ərdoğan

14 Mart 2018 23:59
0 Şərh     Baxış: 2 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABŞ-ın burada sərhəddi var? Nə işləri var burada? Bunu cənab Tillersona da söylədim. Soruşdum ki, bunları bura niyə gətirirsiniz? İnanırsınız, səsi çıxmadı".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tibb işçilərilə görüşündə Suriyadakı durumla bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada YPG ilə əməkdaşlıq edir: "ABŞ-ın silah-sursat gətirdiyi bölgələrə biz hümanitar yardımlar göndəririk. ABŞ-ın Suriyada 20 hərbi bazası var. Nə üçün qurulub onlar? Ağıla ilk olaraq İran və Türkiyə gəlir. Rusiya yox. Bu, üçüncü Dünya Müharibəsi deməkdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.