Dünya

Solsberidəki qəsd BMT Təhlükəsizlik Şurasında müzakirə olunur

14 Mart 2018 23:51
0 Şərh     Baxış: 467

BMT Təhlükəsizlik Şurası Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi ilə bağlı qapalı iclas keçirir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, tədbir Böyük Britaniyanın təşəbbüsü ilə keçirilir.

Məlumata əsasən, BMT Təhlükəsizlik Şurasının qeyd olunan məsələ ilə bağlı iclası yerli vaxtla saat 15:00-da başlamalı və açıq formatda baş tutmalı idi. Lakin hazırda Təhlükəsizlik Şurasının üzvləri qapılar arxasında məsləhətləşmələr aparırlar.

Martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Böyük Britaniya hökumətinin qənaətinə görə, onlara qarşı SSRİ-də və Rusiyada hazırlanmış "Noviçok" adlı kimyəvi silah tətbiq edilib. Rəsmi Moskva insidentlə bağlı bütün ittihamları rədd edib.  Sergey Skripal 1999-cu ilə qədər Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində (QRU) çalışıb. 2006-cı ildə Böyük Britaniyaya casusluq üstündə vətənə xəyanət ittihamı ilə həbs edilib və rütbədən məhrum olunub. 2010-cu ildə S. Skripal Rusiya və ABŞ arasında casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.