Dünya

Bütün əlaqələr kəsildi, London Moskvaya qarşı məxfi tədbirlər hazırlayır

14 Mart 2018 23:19
0 Şərh     Baxış: 1 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya Rusiyaya qarşı "bir sıra məxfi tədbirlər" görəcək.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu parlamentdəki çıxışında baş nazir Tereza Mey keçmiş QRU polkovniki Sergey Skripalın və qızının Rusiya mənşəli nadir kimyəvi reagentlə zəhərlənməsinə görə bu ölkəyə qarşı cavab adddımlarını elan edərkən bildirib.

"Biz habelə elə tədbirlər görəcəyik ki, bunlar bizim milli təhlükəsizlik və xüsusi xidmət orqanlarımızın səlahiyyətindədir. Onlar düşmən ölkənin hərəkətlərindən yaranan təhdidlərə qarşı yönəlib"-baş nazir deyib.

Tereza Mey parlamentdə Rusiyaya qarşı cavab tədbirlərinin ancaq bir qismini açıqladığını əlavə edib, eyni zamanda bildirib ki, Londonla Moskva arasında dialoqun tam kəsilməsi Britaniyanın milli maraqlarına cavab vermir. "Lakin ölkəmizə qarşı yönəlmiş bu dəhşətli hərəkətdən sonra münasibətlər daha əvvəlki kimi ola bilməz"-o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.