Dünya

Murad Şahmirzəyev 5 yaşlı qızlığını öldürdüyünü etiraf etdi - YENİLƏNİB - FOTO

14 Mart 2018 23:16
10 Şərh     Baxış: 7 022

23:16

Bu dəqiqələrdə "Komsomolskaya pravda" qəzetinin Kuban əlavəsi Krasnodar vilayətinin hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, 28 yaşlı Azərbaycan vətəndaşı Murad Şahmirzəyev birgə yaşadığı qadının 5 yaşlı qızını qətlə yetirdiyini etiraf edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Polisdəki dindirmədə Şahmirzəyevə "yalan detektoru" qoşublar. Nəticədə o, uşağı öldürdüyünü və meyitini basdırdığını boynuna alıb. Hazırda qatil uşağın meyitini basdırdığı yeri müstəntiqlərə göstərir, istintaq hərəkətləri aparılır. Yaxın saatlarda bu səs-küylü cinayətlə bağlı rəsmi məlumat yayılması gözlənilir. Şahmirzəyevin bu dəhşətli cinayəti hansı motivlə törətməsi məlum deyil.

21:42

Rusiyanın Soçi şəhəri ətrafındakı Bestujevsk kəndində ötən gün martın 13-də 5 yaşlı qız yoxa çıxıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,bu haqda məlumat əvvəlcə sosial şəbəkələrdə yayılıb. Veronika Trişkina adlı qızın axşam saat 6 radələrində evlərinin həyətindən yoxa çıxdığı bildirilir, onun axtarışı bütün gecə davam edib. Amma uşaq tapılmayıb. Axtarış işlərinə polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyi, kinoloqlar, könüllülər, yerli sakinlər qoşulublar.

Uşağın yoxa çıxdığı haqda polisə onun atalığı, 28 yaşlı Azərbaycan vətəndaşı Murad Şahmirzəyev məlumat verib. Bu gün isə Şahmirzəyev özü Adler rayonundakı hostellərdən birində, Abxaziya ilə sərhədin yaxınlığında polislər tərəfindən tutulub. Onun Abxaziyaya qaçmağa cəhd etdiyi bildirilir. Hazırda Şahmirzəyev dindirilir, onu Rusiyada qeyri-leqal yaşadığı məlum olub.

Xəbərlərə görə Şahmirzəyev hadisə vaxtı evdə uşaqlarla tək olub. O, polisə bildirib ki, bankomatdan pul çıxarmaq üçün evdən çıxıb, geri qayıdanda uşağı evdə tapmayıb. Bu versiyanın nə dərəcədə inandırıcı olduğu hələ məlum deyil.

Uşağın axtarışları bu gün əlavə qüvvələr də cəlb edilməklə davam etdirilib. Yerli KİV-lər xəbər verir ki, kəndin yaxınlığındakı çayda, qonşu yaşayış məntəqələrində və bağçılıq təsərrüfatlarında da axtarışlar gedir. Qızın axtarışına 1000-ə yaxın adam qoşulub. Günün ikinci yarısında axtarış əməliyyatları üçün vertolyot da qaldırılıb. Habelə axtarışlarda teplovizorla təchiz edilmiş iki kvadrokopter, atlı kinoloqlar, "Rosqvardiya", xilasetmə xidməti və çoxsaylı könüllü iştirak edir. Axşam saatlarında axtarış əməliyyatları məhdudlaşdırılıb, uşağın axtarışı sabah davam edəcək.

Rusiya İstintaq Komitəsinin Krasnodar vilayəti üzrə idarəsi bildirib ki, 5 yaşlı qızın itkin düşməsi ilə bağlı "qətl" maddəsi ilə cinayət işi qaldırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Platin · 14 Mart 23:45251

    Millətin adına xələl gətirən şərəfsiz!

    Cavab yaz
  • Anonim
    Platin · 14 Mart 23:51241

    Denən gedib yaşayırsanda orda.Nə olur olsun niyə belə şərəfsizliy iəl atırsan axı? xoşun gəlmir rədd ol ayrıl get. Belə şərəfsizə görə ailəsi üçün çörəkpulu qazanmağa gedən azərbaycanlılarda sıxışdırılır, çətin duruma düşür.

    Cavab yaz
  • Anonim
    Gulya · 15 Mart 00:21111

    Hele gorek ushaga neynib oldurub. Xeber cixar. Alcagin derisin soysalar uw demerem . Icerde ona gosterecekler. Evvel milisler, sonra mehkumlar!

    Cavab yaz
  • Anonim
    - · 15 Mart 01:2730

    Beleleri yaxsi insanlarmizinda adin batirir.usaqin ne gunahi var ne olur olsun usaq oldurmek nedi.

    Cavab yaz
  • Anonim
    qaya · 15 Mart 06:3050

    o korpeni olduren ellerin qurusun

    Cavab yaz
  • Anonim
    Salyanli · 15 Mart 08:1420

    bir dilqir dana butun surunun adin batirir. onsuzda bu ruslar qasinmaqa yer axtarirki milleti sixisdirsin

    Cavab yaz
  • Anonim
    kate · 15 Mart 10:0520

    Bu cinayətin altından daha iyrənc bir sey cixacaq kimi görünür.

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 15 Mart 10:0830

    Meydin qalsin senin Azerbaycanin uz qarasi. Belke de uwagin bawina ne oyun acib werefsiz.

    Cavab yaz
    • Anonim
      lezgi · 15 Mart 18:3610

      sen ne şerefsiz insansan azerbaycanin adin batirdin qoydun ayagin deymesin azerbaycana

      Cavab yaz
  • Anonim
    lezgi · 15 Mart 18:3810

    şerefsiz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.