Dünya

İngiltərənin futbol qurumu baş nazirin sözündən çıxdı

14 Mart 2018 23:07
0 Şərh     Baxış: 468

İngiltərənin Futbol assosasiyası  rəsmi Londonun Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını boykot etmək qərarına qarşı çıxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Euronews" məlumat yayıb.

Assosasiyanın bəyanatında qeyd olunur ki, qurum turnirin boykot edilməsi ilə bağlı istənilən çağırışlara qarşı çıxacaq,  belə ki, ingilis futbol funksionerləri idmanın siyasiləşdirilməsinin qəti şəkildə əleyhinədir.

Assosasiya bildirib ki, yalnız nümayəndə heyətinin həyatına hər hansı təhlükə olacağı təqdirdə, bu qərarını yenidən nəzərdən keçirəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.