Dünya

Jirinovski canlı efirdə Sobçakı ağlatdı – VİDEO

14 Mart 2018 23:06
1 Şərh     Baxış: 2 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada prezidentliyə namizəd Kseniya Sobçak "Rossiya 1" telekanalında canlı yayımlanan debatda göz yaşlarına sahib ola bilməyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.

Seçicilərə 30 saniyəlik müraciətdən sonra Sobçak, həmkarlarının hər dəfə onun sözünü kəsməyə çalışmalarından hiddətlənib.

"Bu insanlar burada yalnız mənim sözümü kəsirlər" deyə Sobçak teledebatın aparıcısı Vladimir Sovalyova gileylənib və ona əlavə vaxt ayırmasını tələb edib.

Sobçak ağlayaraq, Liberal Demokratlar partiyasının lideri Vladimir Jirinovskinin ona bir kəlmə belə deməyə imkan vermədiyini, onu təhqir etdiyini diqqətə çatdırıb.

"Siz isə hər dəfə buna imkan verirsiniz" deyə Sobçak aparıcıya irad tutub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Jirinovski canlı efirdə Sobçakı ağlatdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.