Dünya

Britaniyanın sanksiyalarına dərhal cavab veriləcək - Moskva

14 Mart 2018 21:57
0 Şərh     Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva Londonun  "Skripal işi" ilə əlaqədar Rusiyaya qarşı elan etdiyi ölçüləri "misli görülməmiş kobud təxribat" kimi qiymətləndirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"Böyük Britaniya baş naziri Tereza Meyin martın 14-də parlamentdə səsləndirdiyi  Rusiyanın Serqey Skripal və onun qızının zəhərlənməsində "əli olduğuna" görə Moskvaya qarşı cəza tədbirləri haqqında bəyanatını, ölkələr arasında normal beynəlxalq dialoq təməllərini sarsıdan kobud təxribat kimi qiymətləndiririk" deyə Rusiya XİN-in yazılı bəyanatında deyilir.  

Diplomatların sözlərinə görə, Britaniya hökuməti  Skripalın zəhərlənməsi ilə bağlı işi qeyri-şəffaf və birtərəfli şəkildə araşdırmaqla növbəti dəfə "əsassız anti-rusiya kampaniyası" aparmağa cəhd edir.

Moskva Londonun tətbiq etdiyi məhdudlaşdırıcı ölçülərə Rusiya hökumətinin dərhal cavab verəcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.