Dünya

Zaxarova Britaniya baş nazirinə cavab verib

14 Mart 2018 18:01
0 Şərh     Baxış: 1 023

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniya baş naziri Tereza Meyin Rusiya XİN başçısı Sergey Lavrovla bağlı sözlərinə münasibət bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, M. Zaxarova Lavrovun Britaniya deyil, Rusiyanın naziri olduğunu və ona qiymətin Rusiya prezidenti tərəfindən verildiyini bildirib. "Tereza, Lavrov Rusiyanın naziridir, Britaniyanın yox. Nazir kimi qiyməti də ona Rusiya prezidenti verir. Başa düşürəm ki, başqa cür düşünmək istəyirsiniz. Lakin sizin nazir Boris Consondur", - deyə Zaxarova "Facebook"da yazıb.  

Qeyd edək ki, Tereza Mey bu gün parlamentdə çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nazir postuna layiq olmadığını söyləyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.