Dünya

Kriptovalyuta bazarında nə baş verir? - Bitkoin yenə çökür

14 Mart 2018 15:19
1 Şərh     Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kriptovalyuta bazarında qiymətlərin ucuzlaşması davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ucuzlaşma bütün virtual pulların qiymətində özünü göstərib. Belə ki, dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti 9 min dollar həddinə yaxınlaşır.

Daha dəqiq desək, Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, bitkoinin qiyməti 2,34% ucuzlaşaraq 9,189 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də ucuzlaşma baş verib. Belə ki, "Ethereum" 2,44% və ya 693,05 dollaradək, "Ripple" 1,3% (0,79 dollara qədər), "Bitcoin Cash" isə 4% (1043,07 min dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 372,95 milyard dollar təşkil edir. Bu göstəricinin 42%-ə yaxını bitkoinin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.