Dünya

Çavuşoğlu: "ABŞ dövlət katibi vəzifəsini kim tutacağının bizim üçün fərqi yoxdur”

14 Mart 2018 15:15
0 Şərh     Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib. 

O deyib ki, Suriyanın ərazi bütövlüyü həm Türkiyə, həm də Rusiya üçün önəmlidir: "Məqsədimiz Suriyanın Afrin bölgəsindən terrorçuların çıxarılmasıdır. YPG-yə ABŞ-ın silah yardımı etməsi qəbuledilməzdir".
 

M.Çavuşoğli ölkəsinin ABŞ-la münasibətlərinə və dövlət katibi Reks Tillersonun vəzifəsindən uzaqlaşdırılmasına da münasibət bildirib: "Türkiyə ilə ABŞ arasındakı münasibətlər çətin dövrünü yaşayır. Lakin bütün bunlara baxmayaraq, biz ABŞ-la dialoqu davam etdiririk. Bizim üçün fərqi yoxdur ABŞ dövlət katibi vəzifəsini kim tutacaq. Biz ABŞ-la əməkdaşlığı davam etdirmək marağındayıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.