Dünya

Kriptovalyutaların reklamı qadağan olunur

14 Mart 2018 13:07
1 Şərh     Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google"da kriptovalyuta və binar opsion reklamlarının yerləşdirilməsinə qadağa qoyulacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Google" axtarış sistemini idarə edən ABŞ-ın "Alphabet" holdinqi bəyanat verib.

"Alphabet" qadağa qərarını yüksək risk qrupuna aid olan bu maliyyə məhsullarının satışı ilə mübarizə üzrə daha geniş tədbirlərin zəruriliyi ilə izah edib.

Qadağa iyun ayından qüvvəyə minəcək.

Xatırladaq ki, yanvarın sonunda "Facebook" rəhbərliyi də sosial şəbəkədə kriptovalyuta reklamının yerləşdirilməsinə qadağa qoyulacağını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.