Dünya

Təyyarə qəzası ilə bağlı ŞOK: DNT testi ortaya çıxardı ki, cəsədlərdən biri ... VİDEO - FOTO

14 Mart 2018 12:03
1 Şərh     Baxış: 21 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dubaydan İstanbula uçan Türkiyəyə məxsus özəl təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfərin həlak olması barədə məlumat vermişdik.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, İran tərəfi bazar günü Tehranın cənubunda qəzaya uğrayan Türkiyəyə aid təyyarədə həlak olanlar üzərində aparılan DNT testi sonrası cəsədlərin, sadəcə, 10 şəxsə aid olduğu açıqlanıb.

Açıqlamada pilot Beril Gebeşin adı çəkilməyib.

Həlak olan 10 nəfərin adı:

Mina Başaran, Sinem Akay, Jasmin Baruh Siloni, Burcu Gündoğan Urfalı, Liana Hananel, Ayşe And, Asligül İzmirli, Zeynep Coşkun, Melike Kuvvet, Eda Uslu...

CƏNAZƏLƏR TÜRKİYƏYƏ TƏHVİL VERİLDİ

İranın rəsmi xəbər agentliyi İRNA 10 mərhumun cəsədinin Türkiyənin Tehrandakı səfirliyinə verildiyi xəbərini yayıb.

Səfirlik cəsədlərin Türkiyəyə göndərildiyini təsdiq edib. Həlak olanların cənazələrinin artıq Türkiyəyə gətirildiyi deyilir.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Təyyarə qəzası ilə bağlı ŞOK: DNT testi ortaya çıxardı - Cəsədlərdən biri ...

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.