Dünya

Özünü binadan atan qızı göydə tutan kişi: "Onu oteldə qarşımda ..." - VİDEO

14 Mart 2018 10:55
7 Şərh     Baxış: 27 895

Bir həftə öncə Türkiyənin İzmir şəhərində yanğın zamanı otelin pəncərəsindən özünü atan Belarus əsilli qadınla onu havada tutaraq ölməkdən xilas edən şəxs görüşüb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Belarus əsilli Inna Blokna möcüzəvi şəkildə onu xilas edən Adnan Bilgiçlə bir araya gəlib.

25 yaşlı Inna Blokna üç uşaq atası olan 40 yaşlı Adnan Bilgiçə "Sənə minnətdaram, həyatımı xilas etdin" sözləri ilə təşəkkür edib.

Inna Blokna ilə Adnan Bilgiçin görüşü duyğusal anlara səhnə olub. Inna Blokna "O hər zaman yaddaşımda qəhrəmanım olaraq yaşayacaq. Bu gün yaşayıramsa və şikəst qalmadımsa, birbaşa Adnan qardaşımıza borcluyam. Mən yuxarıda çarəsiz qalarkən hər kəs seyr edib, kameraya çəkirdi. Amma Adnan böyük bir insanlıq nümunəsi göstərdi. Bundan sonraki həyatımda Adnan Bilgiç mənim hər zaman qardaşım olaraq qalacaq. Adnanın həbsxanaya girəcəyini öyrəndiyim üçün çox məyusam. Tez bir zamanda cəzasını çəkib, yanımıza qayıtmağını səbirsizliklə gözləyirəm" deyib.

Adnan Bilgiç bunları söyləyib: "Bir can xilas etmək çox gözəldir. Oteldə onu qarşımda sap-sağlam görüncə, gülər üzünü görüncə çox xoşbəxt oldum. Mənə təşəkkür etməsi və minnətdarlığını bildirməsi ən gözəl sərvət, ən gözəl xoşbəxtlik. Yaxşı ki, xilas etdim".

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qadın yanğından xilas olmaq üçün özünü 6-c mərtəbədən atdı

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    55 · 14 Mart 11:4930

    görəsən yanındakı anası ölsün yazığı kim tutub bəs?

    Cavab yaz
  • Anonim
    Qalib (İsmayıllı) · 14 Mart 12:0040

    Adnan həbsxanaya niyə girir ki?

    Cavab yaz
    • Anonim
      Asif · 14 Mart 17:5960

      Ikincini tuta bilmiyib ona gore

      Cavab yaz
      • Anonim
        anar · 14 Mart 22:4600

        qardaw bu hadise azerbaycanda olmayibe...

        Cavab yaz
  • Anonim
    fg · 14 Mart 18:2820

    bir əldə iki belarus tutulmaz)))

    Cavab yaz
  • Anonim
    Ucarlı · 14 Mart 21:4000

    Göydən bir alma düşdü

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.