Dünya

Stiven Hokinq vəfat etdi - FOTO

14 Mart 2018 09:05
44 Şərh     Baxış: 12 522

İngilis fiziki, astronom, nəzəriyyəçi, yazar Stiven Hokinq vəfat edib.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, məşhur alim 76 yaşında dünyasını dəyişib.

Bu barədə məlumatı onun övladları verib. Alim, İngiltərədə, Kembric şəhərindəki evində vəfat edib.

Onun övladları Lusi, Robert və Tim atalarının ölümü ilə bağlı yazılı açıqlama veriblər.

"Çox sevdiyimiz atamızı itirdiyimizə görə dərin kədər hissi yaşayırıq.

O, dahi elm xadimi, fəaliyyəti və qoyduğu miras illərcə yaşayacaq möhtəşəm bir şəxsiyyət idi. Onun üçün çox darıxacağıq".

Stiven Uilyam Hokinq (ing. Stephen William Hawking; 8 yanvar 1942, Oksford, Böyük Britaniya - 14 mart 2018) müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biri idi.

Stiven Hokinq 1942-ci ildə Oksfordda anadan olub. 1962-ci ildə Oksford Universitetini bitirmiş və nəzəri fizika ilə məşğul olmağa başlayıb. Elə həmin dövrdə Hokinqdə sonralar iflicə səbəb olacaq Yan amiotrofik sklerozun ilkin əlamətləri özünü biruzə verir. 1965-ci ildə Ceyn Vayldla evlənir, bir qız və iki oğlan atası olur. 1974-cü ildə Hokinq London Kral Cəmiyyətinin üzvü seçilir. 1985-ci ildə boğazından keçirdiyi əməliyyatdan sonra danışıq qabiliyyətini itirir.

Həmin dövrdən bəri fizik ətrafdakı insanlar ilə dostlarının ona bağışladığı əlil arabasına quraşdırılmış nitq sintezatoru vasitəsi ilə ünsiyyət saxlayır. O bu sintezatora əmrləri öz hərəkət qabiliyyətini saxlamış sağ alinin şəhadət barmağı vasitəsi ilə verir.

Ağır xəstəliyə baxmayaraq, Hokinq aktiv həyat tərzi sürür, 2007-ci ildə o, hətta xüsusi hazırlanmış kostyumda çəkisizlik şəraitində uçuş həyata keçirir. Bu gün elmin yaxın gələcəkdəki inkişafı müəyyən dərəcədə məhz - fiziki cəhətdən məhdudiyyətləri olan və köməyə ehtiyac duyan bu insandan asılıdır. Tamamilə hərəkət qabiliyyətini itirən Stiven Hokinq bu gün miqyasını görə heç bir analoqu olmayan COSMOS layihəsi üzərində çalışırdı. Bu proqram Britaniya kosmoloji tədqiqatlarının başlıca nüvəsini formalaşdırmalıdır.

Bundan əlavə, Hokinq bir neçə dəfə "Simpsonlar" və "Futurama" kimi multiseriallarda öz rollarını səsləndirmişdi.

Hal-hazırda Stiven Hokinq üç əsr əvvəl İsaak Nyutonun tutduğu "Lukasian" professorluğu vəzifəsini tutur.

Elmi fəaliyyəti

Hokinqin əsas tədqiqat sahəsi kosmologiya və kvant qravitasiyası ilə əlaqədar idi. Əsas nailiyyətləri:

qara dəliklərin təsvirində termodinamikanın tədbiqi sübut etmişdir ki, "qara dəliklər" Hokinq şüalanması kimi tanınan proses nəticəsində "buxarlanırlar".

21 iyul 2004-cü ildə qara dəlikdə informasiyanın yoxa çıxması paradoksunun həllinə dair öz fikrini irəli sürür.

Yer kürəsinin və kainatın yaranması və Böyük Partlayış anından bugünkü günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Hokinqə məxsusdur, o həmçinin qara dəlikləri araşdırılması ilə bağlı bir sıra kəşflərə imza atmışdır. Hokinq haqqında astronomiya, qara dəliklər nəzəriyyəsi, kosmologiya və Enşteyndən sonrakı dövrdə cazibə anlayışlarına ən çox töhfə etmiş alim kimi söz açırlar.

Hokinq nəzəriyyəsi

Bu nəzəriyyənin tərəfdarlarının fikirlərinə görə kainat genişlənməkdə davam edir. Nəzəriyyənin əsas tərəfdarlarından biri olan S.Hokinq idi. O, tarixən mövcud olan "Böyük partlayış" nəzəriyyəsini daha da inkişaf etdirmişdi. Onun fikrinə görə, dəliklər əbədi deyil və onlar "buxarlanma" qabiliyyətinə malikdi. Özündən əvvəlki bir çox kosmoloqlar kimi o da iddia edir ki, digər qalaktikalar bizdən uzaqlaşır və kainat genişlənir. Belə ki, biz fincanın stolun üstündən düşüb sınmasını görürük, amma heç kim sınan qəlpələrin bitişərək geri qayıtdığının görməmişdi. Kainatın genişlənməsi ilə nizamsızlıq artır, bu isə gələcəyi keçmişdən fərqləndirir və zamanın istiqamətini müəyyən edir. Əgər kainat sıxılsaydı, zamanın gedişi istiqamətini dəyişər və insanlar getdikcə gəncləşərdilər. Bu isə "Böyük partlayış"ın əksi olan "Böyük sıxılma" nəticəsində kainatın məhvinə gətirərdi.

Yadplanetlilər

Stiven Honkinq yadplanetlilərin mövcud olduğunu söyləyirdi. Onun fikrincə, kainatda milyonlarla qalaktika və qalaktikada milyardlarla ulduz var. Bu qədər səma cisimləri arasında yalnız Yerdə həyatın mövcud olmasının ehtimalı çox azdır. Lakin o yadplanetlərin Yerə gəlməsinin bəşəriyyət üçün yaxşı nəticə verməyəcəyinə də əmin idi. Həmçinin onların Yerə gəlməsi Yer planeti üçün çox ciddi fəsadlarla nəticələnəcək.

Elmi məşhurlaşdırması

Hokinq dünyada elmin məşhurlaşdırılmasında fəal iştirak edir. 1988-ci ilin aprelində işıq üzü görən "Zamanın qısa tarixi" adlı kitabı tezliklə alimə dünya şöhrəti gətirir. Giriş hissədə yazırdı:

"Mənə dedilər ki, kitaba salacağım hər bir düstur alıcıların sayını iki dəfə azaldacaq. Onda mən, ümumiyyətlə, düstursuz keçinməyə qərar verdim. Düzdür, hər halda bir düsturu - Eynşteynin məşhur E=mc² düsturunu yazmalı oldum".

Bir qədər sonra "Qara dəliklər və yeni kainatlar"(1993), "Dünya iki kəlmə ilə" (2001) kitabları nəşr olunur. 2005-ci ildə "Zamanın qısa tarixi"kitabının yeni nəşri "Zamanın ən qısa tarixi" işıq üzü görür.

2010-cu ildə o, "Discovery Channel"də göstərilən "Stiven Hokinq ilə kainata doğru" sənədli mini-filmlərin seriyasında iştirak etdi. Seriyanın premyerası ABŞ-də 2010-cu ildə aprelin 9-da baş verib, mayın 9-da isə "Stiven Hokinqin Kainatı" dəyişmiş ad ilə Britaniyada.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

44 Şərh:

  • Anonim
    ded183 · 14 Mart 09:33136

    Bu kafir birbaşa cəhənnəmə gedəcək, inşaALLAH...

    Cavab yaz
    • Anonim
      elnur · 14 Mart 09:56171

      savadli olmaq kafir olmaq demekdi?

      Cavab yaz
    • Anonim
      Ceyhun · 14 Mart 10:16301

      Cəhənnəmə göndərən Allahdır. Onun yerinə danışma. O "kafirin "insanlara verdiyi xeyir səndən qat-qat çoxdur. İslamı gözdən salmayın, xahiş edirəm.

      Cavab yaz
      • Anonim
        ! · 14 Mart 10:41411

        Her insan anladigi qederdir, qinamayin, elmi anlamayan, islami hardan anlayacaq!?

        Cavab yaz
    • Anonim
      ( · 14 Mart 10:54141

      Sizin kimi cahillərdi də cəmiyyəti bu vəziyyətə qoyan

      Cavab yaz
    • Anonim
      s · 14 Mart 12:5241

      Niye bele deyirsiz, onsuzda o ölüb. Allah günahlarını bağışlasın

      Cavab yaz
    • Anonim
      s · 14 Mart 12:5382

      Allah istemseydi o ağılı, o savadı ona vermezdi

      Cavab yaz
    • Anonim
      XXXX · 14 Mart 13:0031

      ded183,Zamanın qısa tarixi kitabini oxu. Bir de Muhammed Abdüs Salami arasdir.

      Cavab yaz
      • Anonim
        13.00 a · 14 Mart 13:3600

        Muellifi kimdir

        Cavab yaz
        • Anonim
          111 · 14 Mart 15:4150

          Stiven Hokinq

          Cavab yaz
    • Anonim
      111 · 14 Mart 16:05170

      Neye gore cehenneme gedecek? Dunyanin silahlashdirilmasina, nuve silahlarinin mehv edilmesine gore omur boyu mubarize apardiqi ucunmu, 2003-cu il Iraq muharibesini hec kimden qorxmadan herbi cinayet adlandirdiqina goremi, ve ya felestinlere qarshi munasibetlerine gore Israilde kecirilen konfranslari baykot etdiyi ucunmu?? Butun bunlar esl insanliq deyilmi?

      Cavab yaz
  • Anonim
    fizikaci · 14 Mart 09:37180

    dahi insan dunyanin gelmis getmis en guclu beyni idi

    Cavab yaz
  • Anonim
    Radar · 14 Mart 09:52150

    Allah rehmet elesin. Elm dunyasi ucun boyuk itkidir. Bele insanlara gore inkişaf edir sivilizasiya. Mənim də ən çox diqqətimi cəlb edən alimlərdən biri idi. "İnterstellar" filminə baxın. Bu kişinin məşğul olduğu mövzu haqqındadır, bədii filmdir. Görün necə insanlar var, necə yanaşmalar var.

    Cavab yaz
    • Anonim
      nermin · 14 Mart 10:1770

      Ele bu yaxinda bu alimin iller once olduyu deyilmiwdi.Cunki onun xesteliyi ile uzun muddet yawamaq qeyri mumkundur.Yeqin sirrler ortaya cixdiqdan sonra massonlar bunu da ,,lazimsiz,,bilib ortadan cixardilar.Youtube e baxin.

      Cavab yaz
      • Anonim
        Asif · 14 Mart 12:4540

        mence de

        Cavab yaz
        • Anonim
          Asife · 14 Mart 13:1920

          Bu yaxinlarda melumati oxumusam.Milli az ozu de bu melumati vermisdi.

          Cavab yaz
      • Anonim
        Radar · 14 Mart 14:2740

        Nermin xanim, bu barede melumatim yoxdur. Hər şey ola biler.

        Cavab yaz
  • Anonim
    O · 14 Mart 10:11100

    Siz hardan bilirsiniz o kafirdi hedislerde de var ki alime hormet etmek lazimdr hetta dunyavi alim olsada bele Allah elime cox boyuk ustunluk verir birdeki kimin cehenneme kimin cennete gedeceyine Boyuk Allah qerar verir Allahin merhemeti ise sonsuzdur

    Cavab yaz
    • Anonim
      Yazdim · 14 Mart 12:4633

      Hedislerde dunyavi yox Islam alimlerinden gedir sohbet yalandan nagil danishmayin!

      Cavab yaz
  • Anonim
    kate · 14 Mart 10:12100

    Çox Böyük alim idi. Həqiqətən elm sahəsi üçün böyük itkidir. Və onunla ailə quran, ona övladlar bəxş edən və onu həyata bağlayan qadın insanlıq üçün qazancdı. Özü qədər həyat yoldaşı da diqqətimi çəkdi.

    Cavab yaz
  • Anonim
    M · 14 Mart 10:1640

    Çox maraqlıdı, həkimlərin dediyinə görə bu xəstəliklə 5 yaşamaq olur. Amma bu alim gör neçə il yaşayıb.

    Cavab yaz
  • Anonim
    Elshan · 14 Mart 10:2051

    Kainatin genishlenmeyi nezeriyyesinin sahibi kimi ozlerini tanidanlar gedib Qurani oxusunlar. "Kainati biz yaratdiq ve onu genishlendirmekde davam edirik" (Qurani-Kerimden bir aye).

    Cavab yaz
    • Anonim
      Faiq · 14 Mart 10:3983

      Hər şey Quranda var. Amma kəşfləri bütün günü Quran oxumaqla keçən müsəlmanlar yox, qeyri-müsəlmanlar edirlər. Görəsən niyə?

      Cavab yaz
      • Anonim
        10.39 · 14 Mart 10:5061

        Goresen Qurani oxuyub muselman olmagi qerar veren alimleri taniyirsanmi?

        Cavab yaz
        • Anonim
          Elman · 14 Mart 13:5302

          Məsələn?

          Cavab yaz
          • Anonim
            meselen · 14 Mart 14:1121

            Qisa yaziram .Bu gun ad gunu olan Kapitan Kusto.Iki deniz suyunun bir birine qarismamasi haqda kesfi etdiyini sanmish,lakin bir muselman sexsin bu hadisenin hele 1400 il evvel Qurani Kerimde yazildigini subut etmisdi.Kusto Qurani oxuyub heyretlenmisdi...ardi var.Muselmanligi qebul etmisdi.

            Cavab yaz
            • Anonim
              Faiq · 15 Mart 16:0300

              Kusto katolik olub. Onun islamı qəbul etməsi barədə məlumat Kusto Fondu tərəfindən təkzib olunub.

            • Anonim
              Faiqe · 15 Mart 19:1300

              Inanmamaq senlikdir.

    • Anonim
      İQ · 14 Mart 10:4070

      Elshan 10:20 Quranda bu yazının keçməsi Quranın Fövqəlgüc tərəfdən gəlməsinin ən böyük sübutudur.Çünki yerin kürə formasında olmasını kimlərsə deyə bilərdi(məs:Pifaqor) amma kainatın genişlənməyini bilmək elə bir şeydirki mütləq şəkil teleskopik avadanlıqlarla müşahidə lazımdır.Və nəticə olaraq hətta 8 yaşında uşaqda bilirki 620-ci illərdə ərəbistan çölündə yaşayan bir insanın teleskopu olmayıb :))) Kitabın qorunmasını da nəzərə alsaq bunun insan tərəfdən yazıldığını demək ağılsızlıqıdır.Siz deyən Quranın Zariyyat surəsinin 47- ci ayəsidir.Təşəkkürlər.

      Cavab yaz
  • Anonim
    Hamaya Kazimova · 14 Mart 11:08111

    Qisaca: Här sheyin Teorisi. R.I.P.

    Cavab yaz
  • Anonim
    Oxucu · 14 Mart 11:1951

    İlahi, bu vücuddakı zəkaya bax! Möcüzədir... və Alimlər Cənnətlikdir!

    Cavab yaz
    • Anonim
      sadəcə · 14 Mart 12:2318

      Allah Rəhmət etsin duası yalnız müsəlmanlara Allaha iman edənlərə aiddı

      Cavab yaz
      • Anonim
        Cavab · 14 Mart 12:58170

        Bilginin en büyük düşmanı bilgisizlik değildir. Bildiğini zannetmektir.. Stephan Hawking

        Cavab yaz
  • Anonim
    X · 14 Mart 12:3701

    Allah rehmet elesin! Amyotrofik lateral skleroz (

    Cavab yaz
  • Anonim
    XXXX · 14 Mart 12:4040

    Amyotrofik lateral skleroz xesteleri en cox 5 il yasaya biler. 21 yasinda bu xesteliye tutulmusdu Stiven Hokinq, 55 il nece yasayib boyuk "mocuzedir".Yasayib ve yaradib,cix maraqlidi

    Cavab yaz
    • Anonim
      ! · 14 Mart 12:4980

      Allahin isteyi ve onun bizlerle arasinda olan elcileri Hekimler / Tibb sayesinde.

      Cavab yaz
  • Anonim
    Hamaya Kazimova · 14 Mart 13:0180

    Täässüf. Öländän sheytan belä älini, dilini chäkir.

    Cavab yaz
  • Anonim
    Ceyhun · 14 Mart 17:5140

    "Qərbə getdim müsəlman görmədim,islam gördüm. Şərqə gəldim müsəlman gördüm,islam görmədim."

    Cavab yaz
    • Anonim
      ! · 14 Mart 19:1350

      Dr.Ali Sheriatinin sözü.

      Cavab yaz
      • Anonim
        Ceyhun · 14 Mart 20:1420

        Bəli. Allah ona rəhmət etsin.

        Cavab yaz
        • Anonim
          XXXX · 14 Mart 20:5940

          Oxuyun, deyirse oxuyun. Çünkü mürekkebin axmadığı yerde qan axar. Dr.Ali Seriati. Allah rehmet elesin!

          Cavab yaz
        • Anonim
          ! · 14 Mart 21:3050

          Amin, Hem de qeni- qeni Rehmet.

          Cavab yaz
  • Anonim
    LADY- L · 14 Mart 22:5540

    Elm adamlari olmurler, ebediyyete qovushurlar. Bilmirem Hawking sagliginda menim indi deyeceyim sozlere nece reaksiya vererdi. Ancaq men vefat etmish bir elm adami haqqinda bunu demeyi ozume borc bilirem. Allah qeni-qeni rehmet elesin !

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.