Dünya

İranda Od çərşənbəsində 406 nəfər xəsarət alıb

14 Mart 2018 08:48
1 Şərh     Baxış: 1 010

İranda Novruz bayramından əvvəl keçirilən od çərşənbəsində 406 nəfər xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, onlardan 3-ü ölüb. Qeyd edilir ki, iranlılar digər bəzi Şərq xalqları kimi çərşənbə mərasimində tonqalın üstündən tullanır, pirotexniki vasitələrdən istifadə edirlər.

Çərşənbə mərasimləri 1979-cu ildən başlayaraq dindarların tənqidinə məruz qalır. Onların sözlərinə görə, Od çərşənbəsi İslama uyğun deyil və şəriətə əsaslanmır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    $.$.$. · 14 Mart 08:5102

    ilişmişik də bu mollaların əlindən .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.