Dünya

Putin Dağıstanda müşavirə keçirdi

13 Mart 2018 22:31
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin Dağıstanda regionun sosial iqtisadi inkişafı ilə bağlı iclas keçirərək, respublikanın icma nümayəndələri ilə görüşüb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Əlbəttə ki, korrupsiya ölkənin inkişafını ciddi şəkildə ləngidən faktorlardandır. Biz bunu bilirik. Bu təkcə Dağıstanın bəlası deyil. Bütün ölkə bunu bilir. Bu hallarla Rusiyanın şərq, qərb, şimal və cənub bölgələri də qarşılaşır. Bəli, ölkədə belə bir problem var", - deyə Putin iclasda bildirib.

Qeyd edək ki, Putin Mahaçqalaya, Dağıstanda dövlət məmurlarına qarşı korrupsiya ilə bağlı genişmiqyaslı istintaq fonunda, səfər edib. 2018-ci ilin fevral ayında respublikanın bir sıra dövlət rəsmiləri həbs olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.