Dünya

Fələstin baş nazirini öldürməyə çalışdılar - VİDEO

13 Mart 2018 21:39
0 Şərh     Baxış: 1 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fələstin baş naziri Rami Həmdallah  Qəzza bölgəsinə etdiyi səfər zamanı az qala sui-qəsd qurbanı olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, nazirin kortecinə daxil olan maşınlardan biri partladılıb.

Hadisə yerindən çəkilmiş görüntü "Twitter"ə yerləşdirilib.

Həmdalla özü xəsarət almasa da, onun altı mühafizəçisi yaralanıb.

Fələstin tərəfi, hücumun  baş nazirə qarşı sui-qəsd cəhdi olduğunu hesab edir, belə ki, terrorçular partlayıcı qurğunu kortecin keçdiyi yolun səkisinə yerləşdirib.  Hadisə yerində ikinci partlayıcı qurğu da olub, lakin onun işə düşmədiyi bildirilir.

Hadisədən dərhal sonra Fələstin muxtariyyəti hücuma görə məsuliyyəti "Həmas" qruplaşmasının üzərinə yıxıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Fələstin baş nazirini öldürməyə çalışdılar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.