Dünya

Tillerson prezidentlə fikir ayrılığı səbəbindən istefaya göndərilib

13 Mart 2018 21:06
0 Şərh     Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Reks Tillerson dövlət katibi postundan KXDR və İran siyasətinə dair Prezident Donald Trampın baxışlarını bölüşmədiyinə görə uzaqlaşdırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, belə bir mülahizə ilə CNN telekompaniyası çıxış edib. Telekanal qeyd edib ki, Trampın qərarına təsir göstərən əsas faktor KXDR lideri Kim Çen Inla danışıqlar məsələsində Tillersonla fikir ayrılığı olub. CNN-nin məlumatına görə, Tillerson bildirib ki, belə danışıqlar yalnız hazırlıq işləri aparıldıqdan sonra mümkün ola bilər. Bundan başqa, o, prezidentin İranın nüvə proqramı üzrə sazişə yenidən baxılması cəhdlərini riskli hesab edirdi.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu gün Reks Tillersonu dövlət katibi postundan istefaya göndərib. Onu bu postda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo əvəzləyəcək.

Reks Tillerson ABŞ Dövlət Departamentinə ötən ilin fevralından rəhbərlik edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.