Dünya

Berezovskinin silahdaşlarından biri öldü - Londonda

13 Mart 2018 21:03
1 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putinə müxalif mövqedə olan siyasi xadim Nikolay Qluşkovun Londonda yaşadığı evdə meyiti aşkar edilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Qluşkov Putinə müxalif mövqedə olan, oliqarx Boris Berezovskinin silahdaşlarından biri idi. 68 yaşlı siyasətçinin meyiti ailə tərəfindən mənzilində aşkar edilib.

Nikolay Qluşkov "Aeroflot"un keçmiş baş direktoru vəzifəsində çalışıb. O, Berzovski ilə qanunsuz maliyyə sövdələşməsində ittiham olunaraq həbs edilib. Azadlığa çıxandan sonra İngiltərəyə köçüb. N.Qluşkov Berzovskinin işgəncə ilə öldürüldüyünü iddia edib və buna görə Rusiya hakimiyyətini günahlandırıb.

Qeyd edək ki, bir müddət öncə İngiltərədə sabiq rus kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliya zəhərlənərək dünyasını dəyişiblər. Rəsmi London onların ölümünə görə Rusiyanı ittiham edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.