Dünya

Tramp Tillersonu vəzifəsindən azad etməsinin səbəbini açıqladı

13 Mart 2018 19:22
1 Şərh     Baxış: 1 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp Reks Tillersonu dövlət katibi vəzifəsindən azad etməsinə ayındlıq gətirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, D.Tramp jurnalistlərə bildirib ki, bu məsələni R.Tillersonla çoxdan müzakirə edib:

"Biz onunla bu barədə uzun müddətdir danışmışıq. Bizim yaxşı münasibətlərimiz var, lakin bir sıra məsələlərdə fikirlərimiz uzlaşmır".

R.Tillersonla fikir ayrılığı qismində D.Tramp İranla sövdələşməni misal çəkib:

"Mən bu sövdələşmənin dəhşətli olduğunu, o isə normal olduğunu düşünürdü. Mayk Pompeo (yeni dövlət katibi - red.) ilə isə fikirlərimiz eynidir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.