Dünya

Afrin yaxın zamanda təmizlənəcək

13 Mart 2018 21:35
0 Şərh     Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyə Suriyadakı Afrin şəhərini yaxın zamanda militantlardan təmizləyəcək və artıq ərazinin yarıdan çoxuna nəzarət edir." Bunu Türkiyə hökumətinin sözçüsü Bekir Bozdağ bazar ertəsi müxbirlərə bildirib.

"Biz Afrində 1102 kvadrat kilometr ərazini terrorçulardan təmizləmişik. Biz yaxın zamanda şəhərin mərkəzinə çatacağıq və oranı da təmizləyəcəyik", o deyib.​

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Türkiyə Suriyanın şimal-qərbindəki Afrin regionund hərbi əməliyyatlara yanvar ayında başlayıb. Ankara bundan sonra şərqdə Manbic istiqamətində də irəliləyəcəyi ilə hədələyib. Ərazi Suriya kürdlərinin YPG birləşmələrinin mərkələşdiyi yerdir.
Türkiyənin Suriyanın Afrin regionunda YPG kürd yaraqlılarına qarşı hərbi əməliyyatları Vaşinqton və Ankara arasında ikitərəfli münasibətlərdə gərginliyin daha da artmasına səbəb olub. ABŞ "Zeytun budağı" adlanan əməliyyata qarşı çıxış edərək, bunun İŞİD-ə qarşı mübarizə səylərinə mane olduğunu bildirir.

Ankara Suriya kürdlərinin YPG qrupunu terrorçu qrup hesab edir, lakin ABŞ Suriyada İŞİD-a qarşı mübarizədə qrupu əsas kompenentlərdən biri sayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.