Dünya

Dinc sakinlərin Afrindən çıxması üçün dəhliz saxlanılıb

13 Mart 2018 17:14
0 Şərh     Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Silahlı Qüvvələri (SQ) dinc sakinlərin Suriyanın Afrin şəhərindən çıxması üçün dəhliz saxlayıb.

Milli.Az Trend-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazır.

Məlumata əsasən, dinc sakinlərin Afrindən çıxması üçün nəzərdə tutulan bu dəhliz bir neçə gün ərzində açıq olacaq.

Qeyd edək ki, Türkiyə SQ və "Azad Suriya Ordusu" Afrin bölgəsini tamamilə mühasirəyə alıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.