Dünya

Azərbaycan, İran və Rusiya birgə enerji dəhlizi yaradır

13 Mart 2018 16:30
0 Şərh     Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan, İran və Rusiya birgə enerji dəhlizinin yaradılması məsələsini müzakirə edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tehranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, bununla bağlı üç ölkənin nümayəndələri danışıqlar aparır:

"Bizim İranla energetika sahəsində uğurlu əməkdaşlığımız var. İkitərəfli əməkdaşlıq formatından üçtərəfli formata keçirik".

Ş.Mustafayev əlavə edib ki, Azərbaycan və İran Xəzər dənizində neft və qaz hasilatı sahəsində də əməkdaşlıq etmək niyyətindədir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.