Dünya

Qızının bədənindəki şeytanı çıxarmaq istəyən ata onu öldürdü - O qədər təpiklədi ki... - VİDEO

13 Mart 2018 19:00
6 Şərh     Baxış: 2 648

İsveçrədə bir ata-qızın həyata keçirdiyi şeytan çıxarma ayini zamanı ağır yaralanan 25 yaşlı gənc qadın daxili qanamadan sonra dünyasını dəyişib. 
 
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Vagenhausen qəsəbəsində yaşayan 50 yaşlı ata Klaus S. 25 yaşlı qızını şeytan çıxarma ayini zamanı öldürüb.

Orta əsrlərdəki inanclara bağlı olan ata qızının şeytan tərəfindən ələ keçirlidiyini düşünərək onu içindən qovmaq məqsədi ilə bir ayin həyata keçirib. Vanessa V. adlı qız atasının yumruq və təpik zərbələrindən sonra ölüb.

Qızın alman atası ilə 2 ildir tanış olduqları üzə çıxıb. Vanessa uşaqkən valideynləri ayrıldığı üçün atasız böyüyüb və anası da atasının kim olduğunu yaxın zamana qədər açıqlamağı rədd edibmiş.

Ayin zamanı öncə masajla başlayan şeytan çıxarma ayini sonra atanın "özündən gedib",  qızın qarnına yumruqlar vurması ilə davam edib.

Vanessanın bağırsaqlarının yırtıldığı, qara ciyərinin parçalandığı və daxili qanamadan sonra öldüyü açıqlanıb. Qatil ata: "Onu incitmək istəmədim, etdiyim hərəkət qəsdən deyildi" deyib. Qızın sevgilisi isə "Görəndə inanmadım. Vanessanın dodaqları gömgöy idi və solmuş siması gözümün qabağında" açıqlamasını edib.

Ata 14 il azadlıqdan məhrum edilib.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qızının bədənindəki şeytanı çıxarmaq istəyən ata onu öldürdü - O qədər təpiklədi ki...

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    AZƏRİ · 13 Mart 19:2770

    Avropanın ürəyində,sülh ölkəsində:)))))

    Cavab yaz
  • Anonim
    sureyya · 13 Mart 19:4710

    Bizimkiler sukurlu imis ki....Bu da Avropa olkesi....

    Cavab yaz
  • Anonim
    Fl · 13 Mart 19:5820

    ana bilirmişdə kişinin başı xarabdı.elə ona görədə qızını atasıyla görüşməyə qoymurmuş

    Cavab yaz
  • Anonim
    Edine · 13 Mart 20:0621

    Dehwet

    Cavab yaz
  • Anonim
    Adi insan · 13 Mart 20:4320

    Bizimkilere Wukur bu lap deli imiw ki.

    Cavab yaz
  • Anonim
    SG · 14 Mart 01:1410

    Ay da, Allah sənə min nəhət eləsin .Dəli başı xarab şeytan elə bunun öz içinə girib .14 il nədi ey bunu elə təpikləyib, yumruqlayıb , sürümək lazımdı

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.