Dünya

Putindən GÖZLƏNİLMƏZ ETİRAF: Merkel mənə pivə göndərir

13 Mart 2018 14:00
5 Şərh     Baxış: 2 924

Vladimir Putin Almaniya kansleri Angela Merkelin zaman-zaman ona bir neçə şüşə "Radeberger" şirkətinə məxsus pivə göndərdiyini deyib.

Milli.Az Sputniknews-a istinadən xəbər verir ki, "PUTİN" adlı film üçün danışan Rusiya prezidenti Angela Merkelin ona Şərqi Almaniyada KQB agenti olaraq çalışdığı dönəmdə içdiyi və sevdiyi "Radeberger" pivələrindən göndərdiyini etiraf edib:

"Zəiflik göstərmək haqqım yoxdur"

Putin filmdə fərqli situasiyalarda özünü necə kontrol edə bildiyini də izah edib:

"Bir insan qəzəblənərkən zəiflik göstərir. Mənim mövqeyimdəki bir insanın zəiflik göstərmək haqqı yoxdur" deyib. Putin vəzifə müddətində enerjisini qorumağının sirrini "etdiyin işin doğru olduğundan əmin və həyatını işinə həsr etməyə hazır olmalısan" sözləri ilə izah edib.

Rusiya liderinin həyatından bəhs edən "PUTİN" adlı yeni sənədli film artıq Odnoklassniki-də yayımlanıb.

Təhməz Təkin

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Emmaa · 13 Mart 14:0622

    Putin de ki lap ağını cıxardıbe.

    Cavab yaz
  • Anonim
    Aydlndl · 13 Mart 14:4612

    Bu da axir vaxtlar mugenniler kimi aparlr ozunu

    Cavab yaz
  • Anonim
    Bakili · 13 Mart 15:3210

    Bakida temiz alman pivesi var goren ?

    Cavab yaz
  • Anonim
    Ulker · 13 Mart 17:2010

    Ne yaxsi aciq-aciq deyirler kqb agenti olaraq calisanda,evveller sefirlik emekdasi idi;))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.