Dünya

Afrində öldürülən terrorçuların sayı 3400-ə çatır - FOTO

13 Mart 2018 11:23
0 Şərh     Baxış: 1 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Baş Qərargahı Suriyanın Afrin bölgəsində aparılan antiterror əməliyyatı ilə bağlı məlumat yayıb.

Milli.Az Türkiyə Silahlı Qüvvələrinin rəsmi Twitter səhifəsinə istinadla xəbər verir ki, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 3393 terrorçu məhv edilib.

53 gündür davam edən əməliyyat nəticəsində Afrinin mərkəzi mühasirəyə alınıb.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.